SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
MTK yaşayış olan binanı sökür - VİDEO

MTK yaşayış olan binanı sökür - VİDEO

  • 03 iyul 2026, 18:59
Masallı

Daha bir MTK-nın həyata keçirdiyi söküntü işləri narazılıqlarla qarşılanıb.

Yurd.Media xəbər verir ki, Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada "Nuka" MTK-nın apardığı söküntü işlərindən narazıdırlar. Onlar bildiriblər ki, binada yaşadıqları halda söküntü işlərinə başlanılıb.

Sakinlər iddia edirlər ki, ötən illər ərzində bina qəzalı vəziyyətdə olmayıb və onların həyatı üçün hər hansı təhlükə yaratmayıb. Buna baxmayaraq "Nuka" MTK binada söküntü işlərinə başlayıb. 

Söküntü işlərini həyata keçirən şirkətin sədri Yalçın Kazımov isə "Xəzər Xəbər"ə açıqlamasında sakinlərin səsələndirdikləri iddialarla razılaşmayıb. O bildirib ki, Masallı şəhərində qəzalı və istismar müddəti başa çatmış yaşayış binaların söküntüsünə start verilib. Evi sökülən ailələr yeni mənzillərə köçənədək aylıq kirayə haqqı ilə təmin olunacaqlar.

Yalçın Kazımov onu da qeyd edib ki, layihə şəhərsalma qanunvericiliyinə uyğun həyata keçirilir.

Ərazidə 12 ədəd hündürmərtəbəli yaşayış binasının, həmçinin uşaq bağçası, park, yaşıllıq zolaqları və idman-əyləncə obyektlərinin inşası nəzərdə tutulur.

MTK yaşayış olan binanı sökür - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları