"Azəristiliktəchizat" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, səhmdar cəmiyyəti ötən il 7,4 milyon manat mənfəət əldə edib (əvvəlki ili 6,8 milyon manat zərərlə başa vurmuşdu).
Bu ilin əvvəlinə "Azəristiliktəchizat"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 0,3% çox - 163,8 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 75,8 milyon manat (13,2% az), balans kapitalı isə 88 milyon manat (15,8% çox), o cümlədən nizamnamə kapitalı 136,7 milyon manat (dəyişməyib) olub.