SÜJET
Tovuzun Aşağı Öysüzlü kəndində yol infrastrukturu tamamilə dağılmış vəziyyətdədir.
Yurd.Media-nın məlumatına görə, "AzTV Xəbər"-ə danışan kənd sakinləri bildiriblər ki, yola uzun illərdir asfalt çəkilmir, bununla bərabər digər qurumların da apardığı qazıntı işləri əlavə problemlər yaradıb.
Sakinlər deyirlər ki, qarlı, yağışlı günlərdə bu yolla hərəkət etmək çətinləşir.
Aşağı Öysüzlü Bələdiyyəsinin sədri Hikmət Zeynalov bildirib ki, kənddə içməli su xətləri çəkilən zaman bir sıra qazıntı işləri aparılıb. Layihə tamamlanmadığına görə həmin yollar tam bərpa olunmayıb. Layihə bitəndən sonra həmin yollarda yenidən bərpa işləri aparılacaq.
Regional Su Meliorasiya xidmətindən verilən məlumata görə, yeni bulaqların inşası yekunlaşdıqdan sonra qazıntı aparılan yolda asfalt örtüyü döşənəcək.
Qeyd edək ki, su layihəsinin nə vaxt başa çatacağı barəsində heç bir qurum dəqiq məlumat verməyib.