SÜJET
Azərbaycan Ümummilli Lider Heydər Əliyevin xidmətləri sayəsində inkişaf yoluna qədəm qoyub.
Yurd.Media xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın nəinki Qafqaz regionunda, eləcə də Avrasiya regionunda qüdrətli dövlətə çevrilməsinin əsasını məhz Heydər Əliyev qoyub:
"Heydər Əliyev hələ sovet dövrü zamanı Azərbaycana rəhbərlik edərkən ölkənin milli-mənəvi dəyərlərinin, dilinin, mədəniyyətinin inkişaf etdirilməsinə böyük önəm verib. Bu, müstəqillik üçün zəmin yaradan əsas faktor olub. Azərbaycan xalqı bütün bunları nəzərə alaraq ölkənin ən çətin dönəmində Ulu Öndərə dəstək oldu. Heydər Əliyev də həyatını təhlükəyə ataraq bu məsuliyyəti öz üzərinə götürdü və Azərbaycanı xilas etdi. Onun xidmətləri sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu. Heydər Əliyevin başa çatdıra bilmədiyi işləri onun varisi Prezident İlham Əliyev davam etdirdi".