SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Şuşaya dönüş: Həsrətdən quruculuğa - VİDEO

Şuşaya dönüş: Həsrətdən quruculuğa - VİDEO

  • 08 may 2025, 22:54
Şuşa

"Şuşaya qayıtmaq yenidən doğulmaq kimidir".

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, bu sözləri illər sonra doğma yurduna qayıdan Şuşa sakini deyib.

Onun sözlərinə görə, Şuşanın həsrəti ilə 28 il altı ay Bakıda yaşayıblar:

"Ermənilər təkcə şəhərimizi deyil, gəncliyimizi, xəyallarımızı da əlimizdən almışdılar. İndi isə çalışacağıq ki, Şuşamızı əvvəlkindən də gözəl edək".

Qeyd edək ki, 1992-ci ilin bu günü - 8 may tarixində Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın döyünən ürəyi olan Şuşa erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu.

Bu tarix hər bir azərbaycanlının yaddaşına acı xatirə kimi həkk olunub.

Lakin 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu tərəfindən, əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhəri işğaldan azad edildi.

Hazırda şəhərdə genişmiqyaslı quruculuq və bərpa işləri aparılır.

Ətraflı süjetdə:

Prime Leasing