Sumqayıtda yeni tikilən binalardan birində arakəsmələrin aşmaq təhlükəsi yaranıb.
Yurd.Media xəbər verir ki, ev alıcılarının paylaşdığı görüntülərə görə, mənzilin divarına toxunduqda yırğalanır.
Mövzu ilə bağlı "Xəzər Xəbər"ə danışan inşaat eksperti Muxtar Ərturan deyib ki, görüntüdəki mənzilin arakəsməsinin qəzalı olmasına səbəb tikinti zamanı istifadə olunan materialın keyfiyyətsiz olmasıdır.
Ekspert bildirib ki, yeni tikilən binalarda tikintiyə ciddi nəzarət olsa da, mənzillərin təmiri prosesinə hansısa qurum tərəfindən nəzarət olunmur. Bu səbəbdən də bəzi tikinti şirkətləri xərcləri azaltmaq səbəbi ilə kustar üsulla hazırlanmış kərpiclərdən istifadə edirlər. Lakin sözügedən materialın bazarda yüksəkkeyfiyyətli əvəzediciləri mövcuddur.
Onun sözlərinə görə, hazırda əksər inkişaf etmiş ölkələrdə kərpic əvəzinə daha keyfiyyətli materialların istifadəsinə yer verilir.