Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, hadisə şəhərin 36-cı məhəlləsində yerləşən apteklərdən birində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və xüsusi texnikası cəlb olunub. Dərhal zəruri və operativ tədbirlərlə yanğın söndürülüb.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.