SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
SOCAR, Azərsuyu mühərriklə təchiz edən şirkət nizamnamə kapitalını 50 dəfə azaldır

SOCAR, "Azərsu"yu mühərriklə təchiz edən şirkət nizamnamə kapitalını 50 dəfə azaldır

  • 09 yanvar 2026, 11:14

Azərbaycanda bir sıra böyük qurumlar elektrik mühərrikləri ilə təchiz edən “Spectr Engineering” MMC nizamnamə kapitalını 50 dəfə azaldır.

Yurd.Media xəbər verir ki, şirkət nizamnamə kapitalını 25 000 manatdan 500 manata endirdiyini elan edib. 

Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində verilən elanda deyilir ki, kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 329, M7, mənzil 1, ünvanına bildirə bilərlər. 

Qeyd edək ki, "Spectr Engineering" şirkəti texniki avadanlıqın satışı və servis xidmətləri göstərir. 

Bildirilir ki, WAT mühərrikləri,  SEMPA nasos avadanlıqları, BIZCANLI motor repuktorları, ONI invertorlar və avtomatika brendlərinin Azərbaycanda rəsmi nümayəndəsidir. Şirkətin elektrik mühərrikləri ilə SOCAR, AZERSU, SHIRVAN OPERATING COMPANY kimi şirkətlər təchiz olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları