"Sizin Lombard" əmtəə nişanının sahibi “GL" 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 3,85 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,95% çoxdur.
Bu il iyulun əvvəlinə “GL"in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 10,5% çox - 60,3 milyon manat, o cümlədən borc portfeli 6,3% çox - 53,7 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 56,2 milyon manat (9,9% çox), balans kapitalı 4,1 milyon manat (19,4% çox), o cümlədən nizamnamə kapitalı 0,25 milyon manat (dəyişməyib) olub.