SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Partlayışa görə təxliyə olunanlar evlərinə qayıdıblar

Partlayışa görə təxliyə olunanlar evlərinə qayıdıblar

  • 02 sentyabr 2026, 21:31
Goranboy

Goranboyda partlayışa görə təxliyə olunan sakinlər evlərinə qayıdıblar.

Yurd.Media xəbər verir ki, Goranboy rayonunun Nizami kəndi ərazisində baş vermiş hadisə ilə əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının operativ iclası keçirilib.

İclasda əhalinin təhlükəsizliyinin təmin edilməsi, sakinlərin yaşayış ünvanlarına təhlükəsiz şəkildə qaytarılması, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və görüləcək təxirəsalınmaz tədbirlər geniş müzakirə olunub.

Bildirdi ki, hadisə baş verən andan etibarən bütün aidiyyəti dövlət qurumları operativ şəkildə hadisə yerinə cəlb olunub, vəziyyət dərhal nəzarətə götürülüb. Hadisənin bütün mərhələləri barədə Azərbaycan Respublikasının Adminstrasiyası, Azərbaycan Respublikasının Baş Naziri və Fövqəladə Hallar Nazirinə mütəmadi məlumat verilmiş, aidiyyəti dövlət qurumları ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərilib.

Vətəndaşların təhlükəsizliyi hər zaman əsas prioritetdir və bu istiqamətdə bütün zəruri tədbirlər görülüb. Risklərin tam qiymətləndirilməsindən, təhlükəsizliklə bağlı müvafiq qurumların və Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra sakinlərin saat 18:30-dan etibarən yaşayış ünvanlarına mərhələli şəkildə qayıtmaları təmin edilib.

İclasda həmçinin bildirilib ki, baş vermiş hadisə nəticəsində insan tələfatı və xəsarət alan olmayıb.

Sonda Fövqəladə Hallar Komissiyasının fəaliyyəti çərçivəsində aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi, vəziyyətin daim nəzarətdə saxlanılması və zəruri tədbirlərin fasiləsiz davam etdirilməsi qərara alınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları