SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Sürət qatarlarında internet problemi: Günahkar sərnişlər imiş

Sürət qatarlarında internet problemi: "Günahkar" sərnişlər imiş

  • 28 mart 2026, 16:21

Son günlər Bakı-Qazax-Bakı marşrutu üzrə hərəkət edən sürətli sərnişin qatarında internetin istifadəsində çətinliklər yaranıb. 

Yurd.Media xəbər verir ki, sərnişinlərin sözlərinə görə, Wi Fi-ya qoşulsalar da internet əldə edə bilmirlər, əllərində telefon qatarın içərisində şəbəkə axtarırlar.

Məsələni soruşduqda bələdçilər "problemin səbəbini biz bilmirik, qaynar xəttə müraciət edib onlardan maraqlanın" deyirlər. Qaynar xəttdən isə sərnişinlərə müraciətiniz və şikayətiniz qeydə alındı deyirlər. Lakin cavab gələnə qədər qatar mənzil başına çatır.

Məsələ ilə bağlı, Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Yurd.Media-ya bildirib ki, bu cür halın yaşanmasına əsas səbəbkar elə bəzi sərnişinlərdir:

"Qatarlara internet quraşdırılıb və işlək vəziyyətdədir. Lakin təssüflər olsun ki, qısa yazışmalar və danışıq üçün nəzərdə tutulan internetə qoşulan sərnişinlərin bir çoxu ağır həcmli videoları izləyir, güclü internet sərf edən proqramlardan, internet oyunlarından istifadə edir. Buna görə də internetin sürəti aşağı düşür və digər sərnişinlərin internetdən istifadə etməsi üçün çətinliklər yaranır. Bunun üçün vətəndaşlardan istəyimiz odur ki, sərnişin qatarlarında internetdən istifadə edərkən bunları nəzərə alsınlar".

Qatarlarda bu səbəbdən yaranmış problemin həlli üçün internetin sürətinin artırılması məsələsi ilə bağlı qurum rəsmisi qeyd edib ki,  bununl bagli hələ ki, heçbir plan nəzərdə tutulmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları