Sədərəkdə DSMF-nin binası təmir olunacaq

Sədərəkdə DSMF-nin binası təmir olunacaq

Sədərək

Sədərəkdə Dövlət Sosial Müdafiə Fondunun binası təmir olunacaq.

Bu barədə "Yurd.media"ya Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Sədərək rayonu, Heydərabad qəsəbəsi, 3-cü küçə, 3 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının əsaslı təmir işlərinin aparılması üçün "Construction Business Group" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlanıb.

Bu iş üçün 420 min manat vəsait sərf olunacaq.