Növbəti köç karvanı Sarıcalı kəndinə çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

Növbəti köç karvanı Sarıcalı kəndinə çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

  • 29 aprel 2025, 14:11
Ağdam

Növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.

Yurd.Media-nın məlumatına görə, aprelin 29-da yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.

Bu mərhələdə köçürülən 169 nəfərdən ibarət 39 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.

***

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.

Yurd.Media xəbər verir ki, bu çərçivədə Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə növbəti köç karvanları yola salınıb.

Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 39 ailə – 169 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 15 ailə – 68 nəfər köçürülüb.

Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.