SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Salyanda 15 mənzilə 1,2 milyon manat xərclənəcək

Salyanda 15 mənzilə 1,2 milyon manat xərclənəcək

  • 14 noyabr 2025, 23:48
Salyan

Salyan rayonunda xüsusi imtiyazlı şəxslər üçün 15 ev alınacaq.

Yurd.Media xəbər verir ki, əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələrinin mənzillə təmin olunması məqsədilə tender elan olunub.

Layihə çərçivəsində Salyanda 9 ədəd ikiotaqlı, 6 ədəd isə üçotaqlı mənzilin alınması planlaşdırılır.

Satınalma prosesi "Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxsi tərəfindən həyata keçirilir. Layihənin ehtimal olunan ümumi dəyəri 1 milyon 258 min 425 manat təşkil edir.

Tender 24 noyabr tarixinə qədər davam edəcək.// Valyuta.az

Prime Leasing
SPE Annual Caspian