SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Sahil Babayev Elvin Hacıyevə yüksək vəzifə verdi - FOTO

Sahil Babayev Elvin Hacıyevə yüksək vəzifə verdi - FOTO

  • 28 may 2025, 15:44

"Bakı Metropoliteni" QSC-nin Daxili audit departamentin sabiq rəisi Elvin Hacıyevə yeni vəzifə verilib. 

Yurd.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, maliyyə naziri Sahil Babayevin müaviq əmri ilə Elvin Hacıyev Maliyyə Nazirliyində Audit şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 

Nazir bu barədə əmri bir neçə gün əvvəl imzalayıb. 

Qeyd edək ki, bu ilin aprel ayında "Bakı Metropoliteni" QSC-nin Daxili audit departamentin rəisi vəzifəsindən azad edilib. Lerik rayonundan anadan olan Elvin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasının bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. Daha sonra London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) Mühasibat uçotu, təşkilatlar və institutlar ixtisası üzrə magistr təhsili alıb. 

Prime Leasing