SÜJET
Saatlıda tədarük edilən bal tərkibindəki biyana görə fərqlənir.
Yurd.Media xəbər verir ki, arıçılar yazın ortalarında təsərrüfatlarını biyan sahələrinə yaxın ərazilərə köçürürlər. Bu arıçılıq təsərrüfatı Sımada kəndi ərazisindədir. Burada 80 arı ailəsi saxlanılır.
"AZTV Xəbər"- ə danışan arıçılar mövsüm ərzində əsas çətinliyin hava şəraiti ilə bağlı olduğunu bildiriblər.
"Biz hər il iyul ayının 2-i və 5-i arası bal süzümü edirdik. Hava şəraitinə görə gecikmə oldu. Bu il isə vəziyyət yaxşıdır ".
İstehsal olunan balın tərkibinin 85-90 faizini biyan bitkisi təşkil edir. Həmçinin biyan balı müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.
Qeyd edək ki, biyan balı Mil-Muğan bölgəsi üçün unikal bal hesab edilir.