SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Sabah Bakıda bir sıra marşrutlarda hərəkət sxemi dəyişdiriləcək

Sabah Bakıda bir sıra marşrutlarda hərəkət sxemi dəyişdiriləcək

  • 13 fevral 2026, 23:54
Bakı

Bakıda əsas prospektlərdən birində məhdudiyyət səbəbi ilə bir sıra marşrutlarda hərəkət sxemi dəyişdiriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yurd.Media-ya bildirilib ki, 14 fevral saat 00:00–07:00 aralığında Heydər Əliyev prospekti ilə Zığ şosesi kəsişməsində yerləşən yolötürücüdən "Buta Palace" yaxınlığındakı yolötürücüyə qədər, 15 fevralda isə əks istiqamətdə "Buta Palace" yaxınlığındakı yolötürücüdən aeroport istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məlumata əsasən, məhdudiyyətlə əlaqədar olaraq H1, 140, 140E, 141, 141E, 150, 160, 168 və 169 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

Belə ki, 14 fevral tarixində (saat 00:00–07:00 aralığında) qeyd olunan marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, Aeroport) – Zığ şosesi – 57-ci Suraxanı küçəsi–56-cı Suraxanı küçəsi–Heydər Əliyev prospekti (Yolötürücü, "Buta Palace") istiqamətində hərəkət edəcək.

15 fevral tarixində isə marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, "Buta Palace") – 56-cı Suraxanı küçəsi (Yeni Suraxanı qəsəbəsi) – Heydər Əliyev prospekti istiqamətində hərəkət etdikdən sonra mövcud hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları