SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Rusiya Kiyevə 6  “İskəndər” ballistik raketi atdı

Rusiya Kiyevə 6 “İskəndər” ballistik raketi atdı

  • 24 may 2025, 12:49

Ukrayna Hərbi Hava Qüvvələri paytaxt Kiyevi hədəfə alan Rusiyaya məxsus 6 ədəd “İskəndər” ballistik raketini vurub, həmçinin 250 PUA-dan 245-ni zərərsizləşdirib.

Yurd.Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Ukrayna ərazisinə “İskəndər” raket kompleksindən 14 dəfə zərbə endirilib. Kiyev, Dnepropetrovsk, Odessa və Zaporojye vilayətləri hücuma məruz qalıb. Həmçinin gecə ərzində Ukrayna ərazisinə 250 “Şahid” tipli hücum dronu (İran istehsalı) atılıb. Hücumun əsas istiqaməti Kiyev olub.

Hava hücumu Ukraynanın aviasiya, zenit-raket qoşunları, elektron müharibə və pilotsuz sistem bölmələri, Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib.

Məlumata görə, Kiyevə doğru uçan 6 “İskəndər” raketi vurulub, Ukraynanın şərq, şimal, cənub və mərkəzi bölgələrində 245 “Şahid” zərərsizləşdirib.

Rusiyanın hava hücumu Ukraynanın paytaxtında dağıntı və tələfata səbəb olub.