SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Bakıda bu ailələrə mənzillər VERİLƏCƏK

Bakıda bu ailələrə mənzillər VERİLƏCƏK

  • 24 may 2025, 09:42

Əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə Bakı şəhərində mənzillər veriləcək.

Yurd.Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Sosial Xidmətlər Agentliyi hazırlıqlara başlayıb.

Agentlik əlilliyi müəyyən edilmiş bir qrup şəxsə və şəhid ailələrinə verilməsi üçün 40 ədəd birotaqlı, 40 ədəd ikiotaqlı, 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı müvafiq işlərə start verib.

Qurum mənzillərin satın alınmasına 8 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.