SÜJET

Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi Süni intellekt
Qəzalı vəziyyətə düşmüş 34 ilin binası uçurulur

Qəzalı vəziyyətə düşmüş 34 ilin binası uçurulur

  • 15 may 2026, 21:46
Goranboy

Qəzalı vəziyyətə düşmüş 34 ilin binası uçurulur.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Goranboy rayonunda qəzalı binaların söküntüsünə başlanılıb.

Söküntü işləri şəhərin Cəfər Cabbarlı küçəsində yerləşən qəzalı vəziyyətdə olan 5 mərtəbəli 60 mənzilli və 2 mərtəbəli 16 mənzilli yaşayış binalarında aparılır.

Qeyd edək ki, qəzalı vəziyyətə düşmüş 5 mərtəbəli, 60 mənzilli bina 1988-ci ildə inşa edilib və 1992-ci ildə istifadəyə verilib, binada 46 mənzil sahibi (168 ailə üzvləri ilə birgə) daimi, 11 icarəçi (37 ailə üzvləri ilə birgə) müvəqqəti olaraq yaşayırdılar, 3 mənzildə isə yaşayış olmayıb. Bina sakinləri kirayə evlərə yerləşdirilib, onların kirayə xərclərinin ödənilməsi dövlət tərəfindən təmin edilib.

Hazırda yeni binaların tikintisi ilə bağlı layihələndirmə işləri aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları