SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Qəbiristanlıqda narkotik satan şəxs belə saxlanıldı - VİDEO

Qəbiristanlıqda narkotik satan şəxs belə saxlanıldı - VİDEO

  • 04 iyul 2025, 17:08
Bakı

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yurd.Media-ya verilən məlumata görə, əməliyyat zamanı narkokuryerliklə məşğul olan paytaxt sakini - əvvəllər məhkum olunmuş 31 yaşlı Cavid Əmirov Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlığın ərazisində narkotikləri satan zaman saxlanılıb. Ondan 2 kiloqram marixuana aşkarlanıb.

Şübhəli şəxs ifadəsində narkokuryerliyə sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı tərəfindən cəlb edildiyini bildirib. 

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırma davam etdirilir.

Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı 63 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Prime Leasing