SÜJET
Azad edilən ərazilərdə iqtisadiyyatın bərpası, iqtisadi fəaliyyət və məşğulluğun təmin edilməsi istiqamətində də mühüm nəticələr əldə edilib.
Yurd.Media Trend-ə istinadən xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimində deyib.
E.Yusubov bildirib ki, ərazi üzrə ümumilikdə 506 obyektin icarəyə verilməsi təmin edilib:
“Xankəndidə 374, Ağdərədə 25 və Xocalıda 73 obyekt. Bunlardan 351-i (Xankəndi - 253, Ağdərə - 25 və Xocalı - 73) fəaliyyətə başlayıb. Digərlərində investorlar tərəfindən fəaliyyətə hazırlıq işləri gedir. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 60 milyon manatdan çox investisiyanın reallaşdırılması baş tutub”.
O qeyd edib ki, fəaliyyətə başlayan obyektlər üzrə 2 mindən çox şəxs işlə təmin edilib.
“Mövcud müqavilələr üzrə digər obyektlər fəaliyyətə başladığında iş yerlərinin sayı 5 minə yaxın olacaq”, - deyə o qeyd edib.