SÜJET
Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Bakıda Ukrayna səfiri Yuri Qusevlə görüşüb.
Yurd.Media xəbər verir ki, bu barədə Ukrayna səfiri "X"-də paylaşım edib.
"Aİ-nın Azərbaycandakı səfiri Peter Mixalkonun Bakıdakı diplomatik fəaliyyətinin başa çatması ərəfəsində onunla görüşməkdən şərəf duyuram. Ukraynaya verdiyi güclü dəstəyə və ən çətin vaxtlarda əməkdaşlığımıza görə minnətdarıq. Ona gələcək fəaliyyətində uğurlar arzulayırıq",- paylaşımda deyilir.