Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.
Yurd.Media xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Neftçi”ni qəbul edəcək. Hazırda “qırmızı-ağlar” 27 xalla turnir cədvəlinin 6-cı, “ağ-qaralar” isə 21 xalla 8-ci pilləsində qərarlaşıb.
Günün son matçında isə “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Turan Tovuz”u qəbul edəcək. Hazırda Qurban Qurbanovun komandası 36 xalla turnir cədvəlinin 2-ci, “Turan Tovuz” isə 30 xalla 3-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Qəbələ" "İmişli"ni (3:2), "Şamaxı" "Kəpəz"i (2:0), "Sabah" "Zirə"ni (3:1) məğlub edib.