SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Prezidentin köməkçisi: Süni intellektin imkanlarının öyrənilməsi Azərbaycan mediası üçün olduqca vacibdir

Prezidentin köməkçisi: Süni intellektin imkanlarının öyrənilməsi Azərbaycan mediası üçün olduqca vacibdir

  • 20 iyul 2025, 14:34
Şuşa

"Bu gün süni intellektin media sahəsinə təsiri geniş müzakirə mövzusuna çevrilib. Artıq bu təsirin qaçılmaz olduğu hər kəs tərəfindən qəbul olunur".

Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, süni intellektin gələcəkdə insan faktorunu tam əhatə edib-etməyəcəyi hələ açıq sual olaraq qalır.

“Bəşər tarixində ilk dəfədir ki, insan beynindən kənarda düşünə bilən bir platforma meydana çıxıb. Süni intellekt böyük həcmdə informasiyanı qəbul edir və qərar qəbul etmə bacarığına malikdir. Məhz buna görə də süni intellektin öyrənilməsi və onun media sahəsindəki imkanlarının dəyərləndirilməsi Azərbaycan mediası üçün olduqca vacibdir”, - H.Hacıyev bildirib.

Prime Leasing