SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Prezident: Azərbaycanla Vyetnam arasında müxtəlif istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var

Prezident: "Azərbaycanla Vyetnam arasında müxtəlif istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var"

  • 07 may 2025, 19:09

"Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlərdə məsələlər geniş müzakirə edildi".

Yurd.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında deyib.

"İmzalanmış sənədlərin nəticələrinin uğurlu olacağına və konkret layihələrə çevriləcəyinə inanıram. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız mübadilələr deməyə əsas verir ki, yaxın gələcəkdə biz bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik", - dövlət başçısı vurğulayıb.