SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Peşəkar mühasib sertifikatı almaq istəyənlərə test imtahanı keçirilir

Peşəkar mühasib sertifikatı almaq istəyənlərə test imtahanı keçirilir

  • 19 aprel 2026, 15:28

Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel 2026-cı il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilir.

Mərkəzdən Yurd.Media-ya bildirilib ki, imtahan kompüterlər vasitəsilə DİM-in elektron imtahanlar korpusunda təşkil olunub. İmtahanın keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 6 zal admini, 39 nəzarətçi, 8 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS imtahanı saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahanda 370 nəfər iştirak edib.

Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS imtahanı isə saat 16:00-da başlanır.

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanış olmaq imkanına malik olurlar.

Yekun imtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar 6 həftədən sonra elan olunacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları