SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Pərviz Şahbazov Ermənistan üzərindən enerjinin Avropaya çatdırılmasından danışıb

Pərviz Şahbazov Ermənistan üzərindən enerjinin Avropaya çatdırılmasından danışıb

  • 04 sentyabr 2025, 16:31

Naxçıvanla Türkiyə arasında əlverişli elektrik enerjisi bağlantıları Azərbaycanın digər bölgələrindən, Xəzər dənizindən, həmçinin Qazaxıstan və Özbəkistandan gələcək "yaşıl enerji"nin "Cəbrayıl" enerji qovşağı vasitəsilə Ermənistan üzərindən Naxçıvana, oradan isə Türkiyə və Avropaya çatdırılması üçün həllini gözləyən vacib məsələlərdəndir.

Yurd.Media xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

"Naxçıvan və Gürcüstan üzərindən Türkiyəyə, oradan isə Avropaya elektrik enerjisinin çatdırılmasını təmin edəcək "yaşıl enerji" ixrac infrastrukturlarının yaradılması iki ölkənin enerji gündəliyinin əsas prioritetlərindən biridir".

Nazirin sözlərinə görə, ilkin mərhələdə Naxçıvanda istehsal olunacaq 1 000 MVt-lıq enerjinin Türkiyə və Avropa bazarlarına ixracı üçün zəruri proseslərin həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsi vacibdir:

P.Şahbazov əlavə edib ki, "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yaşıl enerji dəhlizi" layihəsi üzrə artıq Texniki Tapşırıqlar sənədi hazırlanıb:

"Bu istiqamətdə intensiv tədbirlər görmək və planlaşdırılmış qrafik üzrə irəliləmək üçün vaxt yetişib. Hesab edirəm ki, bu Forum bütün layihələrin gedişatına mühüm töhfə verəcək".

Prime Leasing