SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Pas atmış masa,  çirkli divar və döşəmə - Bu restoran bağlandı

Pas atmış masa, çirkli divar və döşəmə - Bu restoran bağlandı

  • 03 oktyabr 2025, 20:56
Şirvan

Pas atmış masa,  çirkli divar və döşəməli restoran bağlandı.

Yurd.Media xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları vətəndaş müraciəti əsasında Şirvan şəhərinin 1 May küçəsində yerləşən, sahibkar Cavid Qardaşxan oğlu Seyfullayeva məxsus “Gül bağı” restoranında yoxlama aparıblar.

Bildirilib ki, yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, mətbəxdə tavanın asan yuyula bilən gigiyenik materialla üzlənmədiyi, divar və döşəmə səthlərinin çirkləndiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, doğrama lövhələrinin tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.

Prime Leasing