SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
“Para” BOKT-a yaxın şirkət kəskin kapital artımına hazırlaşır

“Para” BOKT-a yaxın şirkət kəskin kapital artımına hazırlaşır

  • 02 aprel 2026, 13:58

"Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarı Fərman Quliyevə məxsus "BQ" ASC 200 500 manatlıq səhm emissiyası elan edib. 

Yurd.Media xəbər verir ki, şirkət səhmlərinin emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib. 

Sənədə əsasən, hər birinin nominal dəyəri 2 005 manat olan 100 ədəd yeni səhm yerləşdirilməsi nəzərdə tutulur. Yerləşdirmə üzrə anderrayter “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir. Bütün səhmlər satılsa, şirkətin nizamnamə kapitalı 4 010 manatdan 204 510 manata yüksələcək. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları