SÜJET
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 9-da ümumi çəkisi 26,6 kiloqramdan artıq narkotik vasitə, 717 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 15 ədəd çətənə kolu götürülüb.
Bu barədə Yurd.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yabanı halda bitmiş 6,4 tona yaxın çəkidə 34500 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.