SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Ötən ay icra başçısına köməkçi təyin olunan şəxs işdən çıxarıldı

Ötən ay icra başçısına köməkçi təyin olunan şəxs işdən çıxarıldı

  • 16 fevral 2026, 23:18
Siyəzən

Siyəzəndə ötən ay icra başçısına köməkçi təyin olunan şəxs işdən çıxarıldı.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Novruz Novruzov özünə yenicə götürdüyü köməkçisini vəzifədən azad edilməsi ilə bağlı əmr imzalayıb.

Əmrə əsasən, Balabəy Balabəyov icra başçısının köməkçisi vəzifəsindən azad olunub.

Məlumata görə, o, dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar olaraq təqaüdə yola salınıb. Bugünlərdə onun 65 yaşı tamam olub. 

Xatırladaq ki, B.Balabəyov uzun müddət RİH-də çalışıb. O, əvvəllər RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini (dini qurumlarla işin təşkilatçısı) işləyib. Ötən ay struktur dəyişikliyindən sonra onun vəzifəsi ixtisara düşdüyündən başçının köməkçisi təyin edilib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları