Gömrük orqanına bəyan edilməyən, ümumilikdə 36 adda stomatoloji və tibbi vasitələr aşkar olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) Yurd.Media-ya bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi tərəfindən keçirilən kompleks əməliyyat-axtarış və nəzarət tədbirləri nəticəsində gömrük qanunvericiliyinin tələbləri pozulmaqla ölkə ərazisinə gətirilən tibbi vasitələr aşkar edilib.
Bildirilib ki, Türkiyə Respublikasından idxal edilən mallara Bakı Baş Gömrük İdarəsinin "İpək yolu" gömrük postunda baxış keçirilən zaman aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.