SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Dövlət sərhədini pozanlar: əlcəzairlilər, əfqanlar...

Dövlət sərhədini pozanlar: əlcəzairlilər, əfqanlar...

  • 01 noyabr 2025, 10:41

Ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb.

Yurd.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2025-ci ilin oktyabr ayının icmalında qeyd olunub.

Bildirilib ki, onların 5-i Azərbaycan, 3-ü Əlcəzair, 3-ü Pakistan, 2-si Əfqanıstan, 2-si Mərakeş, 2-si Ukrayna, 1-i İran, 1-i Türkiyə, 1-i Seneqal, 1-i Suriya vətəndaşı оlub.

Oktyabr ayında həmçinin sərhəddə 489 kiloqram 871 qram narkоtik vasitə, 4689 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Eyni zamanda, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 8 milyon 164 min 905 manat оlan qaçaqmal, о cümlədən tüfəngə məxsus 6 ədəd patron, 9 ədəd tapança mərmisi, Rusiya valyutası, pirotexniki vasitələr, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

Prime Leasing
SPE Annual Caspian