SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Naxçıvanlılar bu il xərclədikləri hər 100 manatın 56 manatını özləri qazanmalı olacaq

Naxçıvanlılar bu il xərclədikləri hər 100 manatın 56 manatını özləri qazanmalı olacaq

  • 05 yanvar 2026, 12:44
Naxçıvan

Bu il Naxçıvan Muxtar Respublikasının büdcəsi 483,2 milyon manat məbləğində proqnozlaşdırılır ki, bunun da 271,6 milyon manatını və yaxud 56,2%-ni yerli vergi, rüsum və digər ödənişlər təşkil edəcək.

Yurd.Media xəbər verir ki, bu, Naxçıvan Ali Məclisinin sədrinin I müavini Bəxtiyar Məmmədovun təsdiqlədiyi muxtar respublikanın 2026-cı il büdcəsində öz əksini tapıb.

İl ərzində dövlət büdcəsindən isə Naxçıvana 211,6 milyon manat dotasiya ayrılacaq. Bu isə yerli büdcə gəlirlərinin 43,8%-ni təşkil edəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları