“Mənim həmin protokolda iştirak etməməyim texniki səbəblərlə bağlı idi. Bu barədə qarşı tərəfə rəsmi qaydada məlumat verildi".
Yurd.Media xəbər verir ki, bunu "Manset.az"ə açıqlamasında Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanın nümayəndə heyəti Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə İranın ali dini lideri Əli Xameneinin vida mərasimində iştirak etmək üçün İrana səfər edib. Səfərdə nümayəndə heyətinin tərkibində Baş nazirin müavini Şahin Mustafayev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov və Naxçıvan Muxtar Respublikası Baş naziri Cabbar Musayev də yer alıb.
"Vida mərasimində iştirak edənlərin sayı çox olduğu üçün sıxlıq var idi. Avtomobillər də hissə-hissə buraxılırdı. Burada hansısa siyasi məsələ yoxdur, problem təşkilati məsələlərlə bağlı idi. Ümumi olaraq mən ölkə adından kənarda başsağlığı verdim”, – deyə Baş nazir bildirib.

