SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Naxçıvandan İğdıra və əks istiqamətdə 1500-ə qədər insan daşınıb

Naxçıvandan İğdıra və əks istiqamətdə 1500-ə qədər insan daşınıb

  • 08 mart 2026, 16:31
Naxçıvan

Martın 5-dən indəyədək Naxçıvandan Türkiyənin İğdır şəhərinə ümumilikdə 34 avtobus reysi həyata keçirilib, 1442 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb.

Bu barədə Yurd.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Xatırladaq ki, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur. Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə 7 avtobusla ödənişsiz şəkildə həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları