Naxçıvan Muxtar Respublikasının 420 min əhalisi var. Real statistika aparsaq o ərazidə heç 120 min insan yaşamır. Onlarda pensiyaçılar ya dövlət qulluğunda çalışanlardır. Şəhərdə gedəndə insanları kütləvi görmək olmur.
Bunu iqtisadçı ekspert Məmməd Talıblı Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində bildirib.
Onun sözlərinə görə, 300 min insanın ora qayıdışı üçün real məzmunlu islahatlar lazımdır.
Məmməd Talıblı vurğulayəb ki, Naxçıvana yeni təyin olunan icra nümayəndəsindən ilk növbədə gözləntlər sosial reabilitasiya proqramlarından ibarət olmalıdır:
"İşgüzar aktivliyi olan, bizneslə məşğul olan insanlar oradan baş götürüb qaçıblar. İqtisadi aktivliyi bərpa etmək, məhsul istehsal etmək istəyiriksə həmin məhsulu ala biləcək istehlakçı kütləni yaratmalıyıq. Çünki bu 420 min nəfər yerində deyilsə bizim ümumi daxili məhsulumuzun da həcmi kiçik olacaq. Əgər istehlakçı da azdırsa biz orada ixracat üçün məhsul istehsal etməliyik".