SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Naxçıvanda yeni işıq dirəkləri quraşdırılır

Naxçıvanda yeni işıq dirəkləri quraşdırılır

  • 02 avqust 2025, 21:16
Naxçıvan

Naxçıvan şəhərinin küçələrində mövcud işıqlandırma problemlərinin həlli məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2024-cü ilin son rübündə yol işıq dirəkləri və onların başlıqlarının alınması ilə bağlı tender elan edilib.

Yurd.Media xəbər verir ki, cari il yanvarın 14-də isə bu tender üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən 650 ədəd yol işıq dirəyi, 300 ədəd işıq dirəyi başlığı alınıb və onların Naxçıvan şəhərinə gətirilməsi prosesinə başlanılıb. Dirəklərin bir hissəsi şəhərə gətirilib, qalan hissəsinin daşınması isə davam edir.

Hazırda Naxçıvan şəhərinin İstiqlal və İslam Səfərli küçələrində işıq dirəklərinin quraşdırılmasına başlanılıb.

Şəhər ərazisində işıqlandırmanın olmadığı digər küçə və döngələrdə də yol işıq dirəklərinin quraşdırılması nəzərdə tutulur. Bu addım nəticəsində Naxçıvan şəhərindəki işıqlandırma problemlərinin bir hissəsi aradan qaldırılacaq və işlər il ərzində mərhələli şəkildə davam etdiriləcək.

Prime Leasing