SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən 64 yaşlı şəxs həbs edilib

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən 64 yaşlı şəxs həbs edilib

  • 02 avqust 2025, 16:38
Sabirabad

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Yurd.Media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat veriblər.

Məlumata görə, sosial şəbəkələrdə və xəbər saytlarında yayılan görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynovun olduğu müəyyən edilib.

Şübhəli şəxs dərhal rayon polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib.

Prime Leasing