SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

  • 03 avqust 2025, 14:44

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Yurd.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 23-28, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 21-26, gündüz 29-34 dərəcə isti olacaq.

Prime Leasing