SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bravo qiymət uyğunsuzluğuna görə böyük məbləğdə CƏRİMƏLƏNDİ

"Bravo" qiymət uyğunsuzluğuna görə böyük məbləğdə CƏRİMƏLƏNDİ

  • 11 dekabr 2025, 22:39

“Bravo” supermarketində qiymət uyğunsuzluğu aşkar olunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Yurd.Media-ya bildirilib ki, “Bravo” supermarketlər şəbəkəsi barədə protokol tərtib edib.

İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə tərtib edilən protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İnzibati xəta haqqında protokolda qeyd olunub ki, “Bravo” marketdə 2l-lik plastik qablaşdırmada olan “Aquavita” adlı qazsız suyun qiymət kağızında qiymətinin 0,92 manat göstərilməsinə baxmayaraq, kassada 1.09 manata satılıb.

Nəticədə “Bravo” Ticarət Qaydaları Əleyhinə olan qaydanı pozub.

Məhkəmənin qərarına əsasən, “Bravo” 4000 manat məbləğində cərimə edilib

Prime Leasing
SPE Annual Caspian