SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Naxçıvanda vergi daxilolmalarının artımı ölkə üzrə orta göstəricini 7 dəfə üstələyir

Naxçıvanda vergi daxilolmalarının artımı ölkə üzrə orta göstəricini 7 dəfə üstələyir

  • 05 dekabr 2025, 13:21

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 233 milyon manat vergi daxil olub. 

Qurumdan Yurd.Media-ya bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 14,9% çoxdur. 

11 ay ərzində bütün ölkədə isə vergi daxilolmaları illik müqayisədə 2,1% çox - 15 310,5 milyon manat təşkil edib. Beləliklə, Naxçıvanda vergi daxilolmalarının artımı ölkə üzrə orta göstəricini 7 dəfə üstələyir. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları