SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Natura” şirəsinin içərisindən pis qoxu verən nə olub?

“Natura” şirəsinin içərisindən pis qoxu verən nə olub?

  • 03 noyabr 2025, 18:37

İstehlakçının üzləşdiyi “Natura” şirəsinin içərisindən gələn pis qoxunun səbəbi araşdırılır.

Yurd.Media xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəbələ Konserv Zavoduna məxsus “Natura” şirəsinin içərisindən kif göbələyi çıxması ilə bağlı görüntülərə münasibət bildirib.

Qurumdan İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülər AQTA tərəfindən nəzarətə götürülüb.

Qeyd edilib ki, məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb və nəticəsi ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, ötən gün - noyabrın 2-də alınan “Natura” şirəsinin içərisindən pis qoxu gəldiyi üçün istehlakçıda şübhələr yaranıb. O, şirəni digər qaba əlavə etdikdə isə içərisindən kif çıxdığı müşahidə olunub. Maraqlısı odur ki, cari ilin sentyabr ayında istehsal olunan “Natura” şirəsinin üzərində onun yararlılıq müddəti 1 il göstərilib. Amma cəmi 2 aya məhsulun yararsız olduğu müşahidə edilib.

Qeyd edək ki, “Natura” brendi isə 2011-ci ilin martında yaradılıb. Həm Tetra Pak, həm də şüşə qablaşdırmada təklif olunan meyvə şirələri alma, multimeyvə, ananas, albalı, nar, portağal, şaftalı, ərik, qarağat və tomat kimi 10 fərqli variantda istehlakçılara təqdim olunur. Amma təəssüflər olsun ki, daha əvvəllər də “Natura” şirəsinin içərisindən kif göbələyi çıxması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Prime Leasing
SPE Annual Caspian