SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Şavkat Mirziyoyev Heydər Əliyev ordeni ilə təltif edilib

Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib

  • 23 avqust 2026, 18:29

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib.

Yurd.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd olunub ki, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviç Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Azərbaycan Prezidenti İlham Əliyevi Özbəkistan Respublikasının "Ali Dərəcəli Dostluq" ordeni ilə təltif edib. Bu yüksək dövlət mükafatı iki ölkə arasında strateji tərəfdaşlıq, müttəfiqlik əlaqələrinin və qardaşlıq münasibətlərinin inkişafına verilən böyük töhfəyə görə təqdim olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları