"Aldığımız mənzillərin ödənişlərini bitirəndə bizim ödədiyimiz ƏDV-nin 30%-i bizə geri qayıtmalı idi. Problem MTK və Dövlət Vergi Xidməti arasındakı anlaşılmazlıqlardan və bizim müdaxilə edə bilmədiyimiz proseslərdən yaranıb. Nəticədə biz ƏDV-nin 30%-ni geri ala bilmirik".
Yurd.Media xəbər verir ki, bu problemlə Bakının Abbas Mirzə Şərifzadə küçəsi, 241 ünvanında yerləşən "Avant Qrup" MTK-ya məxsus binadan ev alan sakinlər rastlaşıblar.
Onlar aldıqları mənzillərin ƏDV (əlavə dəyər vergisi) hissəsini artıq üç ildir geri ala bilmədiklərini bildirirlər.
Sakinlər "Baku TV"yə bildiriblər ki, dəfələrlə MTK-ya (Mənzil-Tikinti Kooperativi) müraciət etsələr də, nə məsələ həll olunub, nə də onlara aydın və rəsmi məlumat verilib.