SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Mobil nömrəni dəyişdirmədən operatoru dəyişmək imkanı yaradılır

Mobil nömrəni dəyişdirmədən operatoru dəyişmək imkanı yaradılır

  • 17 fevral 2026, 19:41

Azərbaycanda abunəçilərə mobil nömrələrini dəyişdirmədən operatorlarını sərbəst şəkildə seçmək imkanı yaradılır

Yurd.Media xəbər verir ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) 2025-ci ilə dair illik hesabatında bildirilib ki, Mobil Nömrə Daşıma Sisteminin (MNDS Portalı) hazırlanmasına başlanılıb.

Hesabatda bildirilir ki, Mobil Nömrə Daşıma Sisteminin (MNDS Portalı) funksiyası Mobil Nömrə Daşıma sisteminin əsas hissəsi olub operator və abunəçi arasında mobil nömrələrin daşınması funksiyasını yerinə yetirməsini həyata keçirən platformadır.

Yəni, MNDS Portalı mobil nömrələrin bir operatorun şəbəkəsindən digərinə daşınmasını təmin edən elektron xidmətdir. Bu elektron xidmət, abunəçilərə mobil nömrələrini dəyişdirmədən operatorlarını sərbəst şəkildə seçmək imkanı yaradır və bu prosesin daha sürətli, şəffaf və effektiv icrasını təmin edir. Portal mobil operatorlar və abunəçilər üçün vahid bir interfeys rolunu oynayaraq, nömrə daşınma prosesini rəqəmsal mühitə daşıyır. Hazırda sistemin elektron xidmət şəklində hazırlanması üzərində işlər aparılır və onun 2026-cı il ərzində istifadəyə verilməsi planlaşdırılır.//İqtisadiyyat.az

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları