SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Maliyyəçi-ekspert: “Minatəmizləmə Agentliyinə dövlət büdcəsindən ayrılan vəsait artırılmalıdır” - VİDEO

Maliyyəçi-ekspert: “Minatəmizləmə Agentliyinə dövlət büdcəsindən ayrılan vəsait artırılmalıdır” - VİDEO

  • 17 fevral 2026, 13:32

Qarabağ və Şərqi Zəngəzurda aqrar sektorun inkişafı üçün həmin ərazilərin minalardan təmizlənməsi sürətləndirilməlidir.

Yurd.Media xəbər verir ki, bunu “CBC FM Azerbaijan”ın “Qarabağ Gündəm” verilişinin efirində maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.

“Bu il dövlət büdcəsindən Minatəmizləmə Agentliyinə təxminən 100 milyon manat vəsait ayrılıb. Ötən illə müqayisədə 15 milyon manat artım olsa da, bu xərclərin ümumi büdcə xərclərində payı cəmi 0,2-0,3%-dir. Halbuki, işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata inteqrasiyası prioritetdir. Ola bilər ki, agentliyə vəsait ayrılan zaman onun texniki imkanları, kadr potensialı nəzərə alınır. Amma lazım gəlsə, xaricdən minatəmizləmə üzrə mütəxəssislər gətirmək, bu sahəyə aid xarici şirkətləri minatəmizləmə prosesinə cəlb etmək olar. Odur ki, Minatəmizləmə Agentliyinə ayırmalar artırılmalıdır”, - deyə o qeyd edib.

Maliyyəçi-ekspert: “Minatəmizləmə Agentliyinə dövlət büdcəsindən ayrılan vəsait artırılmalıdır” - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları