Şahbuz rayonunda qaya parçaları avtomobil yoluna tökülüb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən Yurd.Media-ya bildirilib ki, Şahbuz rayonunun Biçənək kənd avtomobil yolunda güclü yağan qar və yağışlar nəticəsində qaya uçqunu baş verib.
Belə ki, Zərnətun körpüsünün yaxınlığına, yolun hərəkət hissəsinə iri qaya parçaları düşüb.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qaya parçaları qısa müddət ərzində ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.