SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Minifutbol üzrə Dünya Çempionatında azarkeş rekordu qeydə alınıb

Minifutbol üzrə Dünya Çempionatında azarkeş rekordu qeydə alınıb

  • 30 may 2025, 15:00

Minifutbol üzrə Dünya Çempionatında ötən gün keçirilən Azərbaycan - İngiltərə matçında azarkeş rekordu qeydə alınıb.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyası məlumat yayıb. Məlumata görə, 1/4 finalın həmin qarşılaşmasını 7007 azarkeş izləyib.

Bu, minifutbol üzrə dünya və Avropa çempionatları tarixində qeydə alınan ən böyük göstəricidir.

Qeyd edək ki, bundan əvvəl ən çox azarkeş sayı Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçı olan Slovakiya - Belçika görüşündə olub – 6513.

Prime Leasing